Qızılavarda pomidor əkilir
29 aprel 2020 | 16:00
Qızılavar ərazisində pomidor əkini başlayıb. Kənd ərazi nümayəndəsindən aldığımız xəbərdə deyilir ki, fermer Mehdi Heybətov 1 hektar sahədə pomidor əkinini başa çatdırıb. İndi bitkilərə gübrə verilir, suvarılır, dibi yumşaldılır.
Fermer Gülşad Qənbərov 2 hektar sahəni pomidor əkini üçün hazırlayıb. Burada bitkilər damcı üsulu ilə suvarılacaq.
Ərazidə bu il 12 hektara yaxın paxlalı bitkilər yetişdirilir.