Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir
Bəxtim Qarayev və Emil Cahangirovdan, Masallı, Azərbaycan
29 aprel 2020 president.az
Hörmətli cənab Prezident.
Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı apardığınız uğurlu siyasətə və xalqımızı bu xəstəlikdən necə qoruduğunuza baxıb ürək sözlərimizi yazmaya bilməzdik.
Siz, həqiqətən, əsl Lider, xalqını düşünən Prezident və biz gənclərin sevimlisisiniz. Xüsusən yaşlı insanlara, ehtiyacı olan şəxslərə göstərilən qayğı və diqqət məhz Sizin gördüyünüz işlərin əyani təsdiqidir.
Vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımızdan və Masallının YAP Gənclər Birliyinin bütün üzvləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda, bildirmək istəyirik ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısını və dəstəyini daim hiss edirik.
Möhtərəm Prezident, biz gənclər Sizləri sevir və Sizlərlə qurur duyuruq, fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Əminik ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacaq, gələcəyə daha inamlı addımlarla birlikdə irəliləyəcəyik.
Hörmətlə,
Qarayev Bəxtim Akif oğlu
Cahangirov Emil Firudin oğlu
Azərbaycan Respublikası, Masallı rayonu.