Masallıda çiyələk əkini və işçiyə təlabat
Cari ildə Masallı rayonu üzrə çiyələk əkinləri 217,0 hektar təşkil edir. Artıq məhsul yığımına başlanmışdır. Çiyələk sahələrində yüksək məhsuldarlıq və bu səbəbdən kütləvi yığım may və iyun aylarına təsadüf edir. Bu dövürdə mövsümi işçilərə olan tələbat xeyli artır.
Çiyələk əkinləri əsasən ayrı-ayrı fermerlərin icarəyə götürdükləri torpaq sahələrində və ailə təsərrüfatlarında, qismən də həyətyanı sahələrdə aparılmışdır. Əsasən çiyələk bitkisi rayonun Təzə Alvadı, Təklə, Şərəfə, Çaxırlı və Köhnə Alvadı ərazilərində əkilmişdir. Bu sahələrdə hazırda 750 nəfərə yaxın işçi çalışır.
Yerlərdə aparılmış monitorinqlər və çiyələk əkən fərdi sahibkarlarla görüşlər nəticəsində, məhsulun kütləvi yığın dövrünün yaxınlaşdığını nəzərə alaraq 500 nəfərə yaxın mövsümi işçiyə ehtiyac olduğu müəyyən olunmuşdur. Mövsümi işçilərlə əlaqədar işçilərin bir qisminin qonşu rayonlardan cəlb edilməsini nəzərə alaraq, bu işçilərin rayonun ayrı-ayrı kəndlərindən olmasını məqəsdəmüvafiq hesab edirik. Bununla bağlı Ərazi nümayəndələri və Bələdiyyə üzvləri yerlərdə əhalini bu məsələ ilə bağlı məlumatlandırıb, işləmək istəyən vətəndaşların sahibkarlarla əlaqələndirilməsinə yaxından köməklik göstərməlidirlər.
Çiyələk sahələrində çalışmaq istəyən vətəndaşlardan da öz ərazilərində ərazi nümayəndəsi və ya bələdiyyə sədrlərinə müraciət etmələri tövsiyyə olunur.