Masallıda koronavirus tədbirləri davam etdirlir
1. 29 aprel 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Avtovağzal, Azərpoçt, DSMF-nin Masallı rayon şöbəsi, rayon Təhsil şöbəsi, Aztelekom Masallı şöbəsi, Ozon klinikası, Mətbəənin inzibati binaları, Masallı şəhər ərazisində yerləşən 17 ərzaq mağazası, 28 ticarət obyekti, 3 iaişə obyekti, 4 aptek, 18 mebel salonu, 4 yanacaq doldurma məntəqəsi, rayon Prokurorluğu, rayon Məhkəməsi və 6 Bankın qarşısı (“Kapital” bank, “Beynəlxalq bank”, “Əmrahbank”, “Rabitə bank”, “Muğanbank”, “Bank Respublika”), şəhər ərazisində yerləşən 9 terminal, 14 bankomat, 11 ictimai nəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 175 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Masallı rayonu ərazisində Masallı Regional Mədəniyyət idarəsi tərəfindən 112 imkansız ailənin hər birinə 20 manat dəyərində, Dövlət İdarə və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 50 imkansız ailənin hər birinə 40 manat dəyərində, 1 ərazidə 50 imkansız ailənin hər birinə 25 manat dəyərində, 1 ərazidə 9 imkansız ailənin hər birinə 30 manat dəyərində ərzaq yardımı paylanmış və gün ərzində imkansız ailələrə 6150 ədəd (bu günə kimi ümumilikdə 118 000 ədəd) çörək paylanılmışdır.
4. Masallı rayonu ərazisində 4156 nəfər işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaş 190 manat vəsait almışdır.
5. 29 aprel 2020-ci il tarixdə koronavirusla bağlı 129 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 2726 nəfərdən yaxma götürülmüşdür.