Şriftin ölçüsü :

Saytın rəngi :

Bədələnda süpürgə becərilir

30 aprel 2020 | 16:00

Süpürgə yüz illərdir insanların istifadəsində olan məişət əşyasıdır. Bu gəlirli kənd təsərrüfatı bitkisinin toxumu və gövdəsi də atılmır. Onun dənindən yem kimi heyvandarlıqda, gövdəsindən (saçaq hissəsindən) məişətdə təmizlik işləri aparmaq üçün kimi istifadə edilir.

Masallı rayonunun Bədəlan kəndində 2 hektar sahədə süpürgə becərilir. Kənd sakini Teymur Quliyevin rəhbərlik etdiyi təsərrüfatda 12 nəfər işçi çalışır.

Əkinçilər deyir ki, min bir əziyyət hesabına ərsəyə gələn süpürgə avqust-sentyabr aylarında biçilir. Sonra məhsul dəstələnərək məngənədə sıxılır və tikilir.

Bu bitki suya dözümlü və istiyə tablıdır. Qurudulduqdan sonra saxlandıqda 3-4 il xarab olmadan keyfiyyətini itirmir.

Keçidlər