Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir

01 may 2020 | 16:00

Səməd Abıyevdən, Masallı, Azərbaycan
30 aprel 2020 president.az

Çox hörmətli cənab Prezident.
Bu çətin zamanlarda insanların yanında olduğunuza, koronavirusla mübarizədə çox önəmli qabaqlayıcı tədbirlər həyata keçirdiyinizə görə Masallı Telekommunikasiya Qovşağının kollektivi adından və şəxsən öz adımdan Sizə təşəkkür edirik. Sizinlə çiyin-çiyinə çalışan, balacalara sevgi, böyüklərə hörmətlə yanaşmaqla hər birimizə nümunə olan dəyərli Mehriban xanıma da minnətdarlığımızı bildiririk.
Cənab Prezident, biz Sizin və Mehriban xanımın bu xidmətlərinizi yüksək qiymətləndiririk. İnanırıq ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız bu ağır xəstəlikdən tezliklə və az itki ilə qurtulacaqdır. Ümummilli lider, öz ideyaları ilə böyük məktəb qoymuş dahi ulu öndərimiz Heydər Əliyevin adı hər zaman qəlbimizdədir. Təbii ki, onun məktəbini keçmiş bir insan, xalqına sədaqətlə xidmət edən bir Prezident Sizin kimi olmalıdır. Biz Sizinlə fəxr edirik. Siz Azərbaycanın adını daha yüksəklərə qaldırırsınız. Bütün diqqət, qayğı və dəstəyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və dövlətimizi qorusun.

Hörmətlə,
Abıyev Səməd, Masallı Telekommunikasiya Qovşağının rəisi.
Azərbaycan Respublikası, Masallı rayonu.

Keçidlər