Masallı Heydər Əliyev Mərkəzi onlayn fəaliyyət göstərir
Masallı rayon Heydər Əliyev Mərkəzi xüsusi karantin rejimində qaydalara əməl edərək, Mərkəzin tədbirlər planına uyğun olaraq onlayn şəkildə fəaliyyətini davam etdirir.
Masallı rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “ Evdə qal, evdə yarat” təşəbbüsünə də qoşulmuşdur.
20 mart-27 aprel tarixinə kimi Mərkəzin rəsmi web saytı, Facebook,İnstagram səhifələrində mütəmadi olaraq keçirilən onlayn dərslər, virtual ekskursiyalar, hazırlanan videoçarxlar, mühazirələr haqqında materiallar yerləşdirilib.
Hazırda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzi onlayn şeir və rəsm müsabiqəsi elan etmişdir. Qaliblər Xüsusi Karantin rejimi bitdikdən sonra Mərkəz tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.
Masallı rayon Heydər Əliyev Mərkəzi zoom plarforması vasitəsi ilə respublikanın digər Heydər Əliyev Mərkəzləri ilə birgə müxtəlif mövzuları əhatə edən seminarlarda iştirak etmişdir.