Mahmudavarda ağaclara qulluq göstərilir
02 may 2020 | 16:00
Mahmudavardakı “Baba bulağı” istirahət mərkəzinin kollektivi bu günlərdə hamılıqla bağlara çıxaraq meyvə ağaclarına qayğı göstərir.
Burada 12 hektarlıq meyvə bağındakı alma, armud, alça, göyəm, göycə, ərik, şaftalı, naringi və arelsin ağaclarının dibini yumuşaldır, gübrə, peyin verirlər.
Ağaclar damcı üsulu ilə suvarılır. Sitrus bağlarında budama işləri başa çatdırılıb. İstirahət mərkəzinin ətrafında səliqə-sahman işləri görülür, köşklər təmir olunur, yeniləri tikilir.