Əkinlərə aqrotexniki xidmət
03 may 2020 | 16:00
Xırmandalı fermerləri koronavirus pandemiyasına qarşı karantin dövründə yaz-tarla işlərini davam etdirirlər. Onlar təsərrüfatın gəlir gətirən sahələrini genişləndirir, faraş məhsul yetişdirməyə çalışırlar.
180 hektar sahədə polietilen örtük altında yemiş əkən əmək adamları indi bitkilərə aqrotexniki qulluğu davam etdirirlər.
Bitkilər suvarılır, dibi yumuşaldılıb gübrələnir, havalandırılır.
Akif İsmayılov, Ramazan Qasımov, Məmmədqulu Zahudovun sahələrində bol məhsul gözlənilir.