Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir
Şəmşad Əliyevdən, Masallı, Azərbaycan
03 may 2020 president.az
Əziz Prezidentimiz.
Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub.
Son vaxtlar dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində işçilərin əməkhaqlarının saxlanılması, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində birdəfəlik vəsaitin ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi Sizin xalqa olan birbaşa qayğınızın bariz nümunəsidir. Bundan sonra da görəcəyiniz işlərdə Sizə müvəffəqiyyətlər arzulayırıq.
Cənab Prezident, Allah Sizi və Mehriban xanımı qorusun. Biz Sizinlə fəxr edirik. Bizim kollektivimiz də Sizin yürütdüyünüz siyasəti dəstəkləyir.
Hörmətlə,
Əliyev Şəmşad Vadər oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.
______________________________________________________
Alxas Əşrəfovdan, Masallı, Azərbaycan
03 may 2020 president.az
Möhtərəm cənab Prezident.
Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görüldü. Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə çox ciddi yanaşmalı və üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Mən əminəm ki, tezliklə bu virusa qalib gələcəyik. Biz birlikdə güclüyük.
Cənab Prezident, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizə görə şəhid ailəsinin üzvü olaraq Sizə dərin minnətdarlığımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun ki, təhsil sahəsində belə işlər görmüsünüz. Sizin sayənizdə dərslərimi daha həvəslə oxuyuram. İnşallah, bir gün müəllim olub dərs keçəcəyəm və ölkəmizin bu ağır sınaqdan necə çıxdığını şagirdlərimə danışacağam. Allah Sizi qorusun.
Hörmətlə,
Əşrəfov Alxas Xeyrulla oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.