Şriftin ölçüsü :

Saytın rəngi :

Meyvəçiliyin inkişafı üçün geniş perspektivlər var

05 may 2020 | 16:00

Azərbaycanın əlverişli coğrafi iqlim xüsusiyyətləri ölkənin bölgələrində aqrar sektorun gəlirli sahələrindən olan meyvəçiliyi inkişaf etdirmək üçün geniş perspektivlər açır. Ölkəmizdə meyvəçiliyin zəngin tarixi var və aqrar sektorun bu gəlirli sahəsi regionlar üzrə ixtisaslaşıb.

Son illər Masallıda bu sahəyə xüsusi diqqət yetirilir.

Həftəlik «Yeni həyat» qəzetinin redaksiyası xəbər verir ki, rayonda meyvəçiliyin inkişafı məqsədilə yeni bağlar salınır. Son aylar qəsəbə və kəndlərdə, eləcə də yol boyu salınan yaşıllıq zolaqları, meyvə bağları göz oxşayır.

Lürən kəndində yerli şəraitə uyğun 2 hektar sahədə naringi, 1 hektar sahədə göycə alçası bağı, Ərkivan qəsəbəsində 2 hektarda feyxoa bağı salınıb.

Şərəfədə 250 ədəd, Viləş kəndində 100-ə yaxın müxtəlif meyvə tingi əkilib.

Ağaclara düzgün aqrotexniki qaydada qulluq göstərilir, vaxtaşırı bu bağlardan məhsul əldə edilir.

Onu da qeyd edək ki, rayonun əksər kəndlərində tut bağlarının salınmasına üstünlük verilir.

Keçidlər