Masallıda Ümummilli liderə həsr olunmuş onlayn konfrans
Masallıda “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda onlayn konfrans keçirilmişdir
05 may 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Təhsil şöbəsinin, Masallı rayon Heydər Əliyev Mərkəzinin və Gənclər evinin iştrakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda onlayn konfrans keçirilmişdir
Konfransı giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənc nəslin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ulu öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.Sonra İdarə rəisi Camal Manafov gənclərlə iş sahəsində Olkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət Proqramlarının rayonumuzda icrasından, 2020-ci ildə Masallı rayonunun “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar təsdiq edilmiş dövlət proqramı üzrə qarşıdı duran məsələlərdən danışaraq qeyd etmişdir ki, Gənclərə qayğı təkcə ölkə rəhbərliyi səviyyəsində deyil eyni zamanda Rayonumuzun rəhbəri cənab Şahin Məmmədov tərəfindən də diqqət mərkəzində saxlanılır. Son zamanlar Masallımızda gedən inkişaf, aparılan abadlıq və quruculuq işləri , gənclərlə tez-tez keçirilən görüşlər gənclərə göstərilən diqqət və qayğı gənclərimizin daha da yüksək nailiyyətlər qazanmağına stimul yaradır.
Konfransda Masallı rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Rəşad Dadaşov, rayon Təhsil şöbəsinin metodisti tarixçı Əyyar Burhanov və fəal gənclərdə İslam Ərzullazadə çıxış edərək məhz ulu öndərin Azərbaycan gəncliyinə sonsuz inam və məhəbbətinin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır. Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal qurucularına çevrilmişlər