Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir
Mahir Əliyevdən, Masallı, Azərbaycan
05 may 2020 president.az
Möhtərəm cənab Prezident.
Əvvəla Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığınız siyasətə görə Sizə təşəkkür edirəm. Ölkəmizin hər bir vətəndaşı Sizin dəstəyinizi və qayğınızı hiss edir. Sizin apardığınız daxili və xarici siyasət birbaşa dövlətimizin və vətəndaşlarımızın marağına xidmət göstərir. Sizin verdiyiniz hər bir göstərişin arxasında Azərbaycan vətəndaşının sosial rifahı dayanır.
Son illərdə tapşırığınıza əsasən Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atılır. İnanırıq ki, qısa müddət ərzində bu istiqamətdə də çox böyük uğurlarımız olacaqdır. Sizin rəhbərliyinizlə Azərbaycan bir çox sahələrdə idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Buna görə Sizə təşəkkürümüzü bildirərək, qeyd edirik ki, Azərbaycanın hər bir vətəndaşı Sizin arxanızdadır.
Hörmətlə,
Əliyev Mahir Arif oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Xocavar kəndi.