Masallıda mobil qruplar maarifləndirmə işləri aparır
Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 112 nəfərdən ibarət 17 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis Şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, Gənclər evi, Gənclərin İnkişaf və Kariyera mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 05 may 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 3238 nəfərlə maarifləndirici söhbət aparılmış, obyektlərə 3060 ədəd metodiki tövsiyyələr qeyd olunmuş lövhələr yapışdırılmış və 408 nəfərə isə metodiki tövsiyyələr qeyd olunmuş vərəqlər paylanılmışdır. Təbliğat işləri davam etdirilir.