Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mobil qruplar maarifləndirmə işlərini davam etdirir

06 may 2020 | 16:00

Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis Şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, Gənclər evi, Gənclərin İnkişaf və Kariyera mərkəzi və gənc könüllülərin iştirakı ilə)  yaradılmışdır. 06 may 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 3786 nəfərlə maarifləndirici söhbət aparılmış (ümumilikdə 7024), vətəndaşlara 139 maska paylanılmış, obyektlərə 840 ədəd metodiki tövsiyyələr qeyd olunmuş lövhələr yapışdırılmış (ümumilikdə 3900 ədəd) və 2388 nəfərə isə metodiki tövsiyyələr qeyd olunmuş vərəqlər paylanılmışdır (ümumilikdə 2796). Təbliğat işləri davam etdirilir.

Keçidlər