Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir
Rafət Abasovdan, Masallı, Azərbaycan
07 may 2020 president.az
Hörmətli cənab Prezident.
Planetimizdə qlobal təhdid halına çevrilmiş koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Cənab Prezident, koronavirus pandemiyasının yayıldığı dövrdə bir çox Avropa və Qərb ölkələrinin həm iqtisadi, həm də tibbi baxımdan böyük çətinliklərlə üzləşməsi artıq heç kəsə sirr deyil. Lakin, Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, bu gün həmin pandemiyadan ən az zərərlə çıxan ölkələrdən biri, bəlkə də birincisi bizim ölkə oldu.
Cənab Prezident, virusun ölkəmizdə yayıldığı ilk gündən "Biz birlikdə güclüyük!" şüarı ilə xalqımızı ruhlandırmağınızı, karantin rejimi ilə əlaqədar cəmiyyətin işsiz qalan hissəsini həm maddi, həm də ərzaq yardımı ilə təmin etməyinizi təqdirəlayiq hal kimi qiymətləndiririk. Xüsusilə belə çətin vəziyyətdə biz fermerlərə yaratmış olduğunuz şərait üçün Masallı rayon Fermerlər Şurası adından Sizə dərin minnətdarlığımızı bildiririk. Biz əminik ki, belə çətin bir vəziyyətdə Siz xalqımız üçün mümkün olanından daha artığını edirsiniz. Sizinlə fəxr edirik!
Hörmətlə,
Rafət Abasov
Azərbaycan Respublikası, Masallı rayonu.