Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir

08 may 2020 | 16:00

Əlihüseyn Şükürovdan, Masallı, Azərbaycan
07 may 2020  president.az

Hörmətli cənab Prezident.
Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ilk növbədə, Sizin çevik təşkilatçılığınızın, ilk günlərdən bu istiqamətdə başladığınız işlərin və verdiyiniz tapşırıqların əməli nəticəsi oldu. Sizin uzaqgörən siyasətiniz nəticəsində, əvvəllər təmir edilmiş rayon və şəhər xəstəxanaları karantin vəziyyətinə hazır oldu.
Sizin mətbuatdakı çıxışlarınızdan bizim üçün, ölkə əhalisi üçün dərin narahatlığınız hiss olunurdu. Bu da ölkənin hər bir vətəndaşının qayğısına qalmağınızın, yaşlılara, cavanlara diqqətlə yanaşmağınızın nəticəsidir.
Siz əməlinizlə sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Buna görə də xalqımız öz rəhbərini, əsl Liderini, Prezidentini çox sevir, ən əsası ona inanır, bel bağlayır, gələcəyinə ümidlə baxır.
Bizim gələcək uğurlarımız hələ bundan sonra həyata keçəcək. Bugünkü məhdudlaşdırıcı tədbirlər həm də sabahımızı qoruyur. Biz Sizinləyik, cənab Prezident.
İndi biz hər açılan sabahlara, Allahın gündüzlərinə xoş ümidlərlə gözlərimizi açırıq. İndiki sınaq günləri bir də onu göstərdi ki, respublikada uzun keçmişlərdən, əsrlərdən gələn milli-mənəvi dəyərlər, adət-ənənələrimiz qorunur, saxlanılır, böyüyə-kiçiyə hörmət-izzət çoxalır.
Biz Sizə inanırıq, Sizinlə fəxr edirik, şərəf duyuruq. Ağır, çətin, məsuliyyətli işinizdə Allahdan Sizə və ailənizə xoş günlər, xoş diləklər arzu edirəm. Qoy, ulu Tanrı bu bəlanı üstümüzdən götürsün.
Allah Sizi qorusun.

Hörmətlə,
Şükürov Əlihüseyn
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Respublikası, Masallı rayonu, Yeddioqmaq kəndi.

Keçidlər