Şriftin ölçüsü :

Saytın rəngi :

Bədəlanlı kümçülər barama bəsləməyə başladı

08 may 2020 | 16:00

Bədəlan kümçüləri keçən ilki nəticələrini yaxşılaşdırmaq üçün  bu il də səylə çalışırlar. Kənd sakinləri Fikrət Salmanov və Rahan Ağayev barama qurdu bəsləniləcək otaqlarda bütün hazırlıq işlərini vaxtında başa çatdırmışlar. Otaqlarda rəflər qurulmuş, lazım olan iş şəraiti yaradılmişdır.  DAİM-dən 5 qutu barama toxumu qəbul edən kümçülər bu günlər artıq tut yarpağı tədarükünə başlamışlar. Keyfiyyətli məhsul istehsal etmək üçün barama qurdları zootexniki qaydada yemləndiriləcəkdir. Kümçülər ərazidə kifayət qədər tut ağacı olduğunu deyirlər.

Keçidlər