Masallıda mobil qruplar maarifləndirmə işlərini davam etdirir
Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis Şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, Gənclər evi, Gənclərin İnkişaf və Kariyera mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 08 may 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 3696 nəfərlə maarifləndirici söhbət aparılmış (ümumilikdə 10 720), vətəndaşlara 141 maska paylanılmış (ümumilikdə 280), obyektlərə 233 ədəd metodiki tövsiyyələr qeyd olunmuş lövhələr yapışdırılmış (ümumilikdə 4133 ədəd) və 1890 nəfərə isə metodiki tövsiyyələr qeyd olunmuş vərəqlər paylanılmışdır (ümumilikdə 4686). Təbliğat işləri davam etdirilir.