Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Qələbənin 75 illiyi

09 may 2020 | 16:00

09 may 2020-ci il tarixdə Masallı rayonunda Böyük Vətən Müharibəsi veteranları ziyarət edilmişdir.

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi Vəli Rzayev, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Cəlil Nəzərov və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev Böyük Vətən Müharibəsi üzərində Qələbənin 75 illiyi ilə əlaqədar olaraq Masallı şəhər, Hişkədərə, Xırmandalı və Viləş kəndlərində yaşayan Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşmüşlər, onlara Azərbaycan Respublikası Prezidentinin 01 may 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalını təqdim etmişlər və çay süfrəsi arxasında söhbət aparmışlar.
Böyük Vətən Müharibəsi iştirakçılarının hər biri öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda veteranlarla xatirə şəkilləri çəkilmişdir.

Keçidlər