Masallı Regional Mədəniyyət İdarəsi Veteranlara baş çəkdi
Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qazanılan qələbənin 75 illik yubileyi münasibətilə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları müharibə iştirakçılarına baş çəkmişlər. Müharibənin canlı şahidləri olan Viləş kənd sakini 1922-ci il təvəllüdlü Cənnət Teymurov, Hişkədərə kənd sakini 1926-ci il təvəllüdlü Oruc Bədəlov, Xırmandalı kənd sakini 1925-ci il təvəllüdlü Simran Quliyev öz xatirələrini danışaraq azərbaycanlıların cəbhədə göstərdiyi şücaət, mərdliklərindən söhbət açmışlar. BVM veteranları onlara göstərilən qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Veteranlarla xatirə şəkilləri çəkilərək onlara bayram sovqatı verilmişdir.