Masallı rayon İcra hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul etdi
12 may 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı Şahin Məmmədov vətəndaşların onlayn qəbulunu keçirmişdir.
Onlayn qəbulda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Onlayn qəbulu açan rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqadar vətəndaş qəbullarının dayandırılması və vətəndaşları narahat edən məsələlərin dinləməsi üçün onlayn qaydada vətəndaşların qəbulunun təşkil edilməsini bildirdi.
Sonra rayon rəhbəri vətəndaşların onlayn qəbuluna başladı.
- Ilk öncə rayon rəhbəri Təklə kənd sakini Məhərrəmova Həcər Muxtar qızını narahat edən məsələni dinlədi. Vətəndaş H. Məhərrəmova gənc yaşında dünyasını dəyişən gəlinin ölüm haqqında şəhadətnaməsini ala bilməməsi barədə müraciət etdi. Vətəndaşa müraciətinin Məhkəmə tərəfindən araşdırıldığı və yaxın günlərdə nəticəsi barədə vətəndaşa məlumat veriləcəyi bildirildi.
- Sonra Ətçələr kənd sakini Əliyev Tural Vidadi oğlu və Masallı şəhər sakini Əmənova Mehparə Yusif qızı əlillik dərəcəsinin təyin edilməsi barədə müraciətlərini etdilər. Hər iki vətəndaşa mövcud karantin rejimi ilə əlaqədar əlillik və digər vəziyyətlər üzrə təyinatların dayandırıldığı bildirildi.
- Sonda Ərkivan qəsəbə sakini Bakı Dövlət Universitetində əyani təhsil alan tələbə Mənsimli Məhəmməd Şahin oğlu koronavirusla bağlı karantin günlərində işsizlərə ödənilən birdəfəlik 190 manat yardımı ala bilməməsi barədə müraciət etdi.
Vətəndaşa qanunamüvafiq cavab verildi həmçinin müraciətinin nəzarətə götürülərək araşdırılacağı və nəticəsi barədə vətəndaşa qısa müddətdə məlumat veriləcəyi bildirildi.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürmüşdür.