Vəzifəli şəxslərin qanunazidd hərəkətlərinin qarşısının alınması və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir
Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması hallarının hələ də davam etdirilməsini diqqətə çatdıraraq bildirilmişdir ki, bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.
Ölkə Prezidenti tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan respublika Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.
Hər bir rayon rəhbəri öz növbəsində prezidentin təqdirəlayiq islahatlarına dəstək olmalı, başda özü olmaqla yerlərdəki kadrların ölkə rəhbərinin vahid siyasəti altında birləşməsi, xalqa sədaqətlə xidmət etməsinə nəzarət işini gücləndirilməlidir.
Eləcə də 23 aprel və 02 may 2020-ci il tarixlərdə rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ağsaqqalları, ziyalıları, məktəb direktorları, bağça müdirləri, inzibati ərazi daiərsi üzrə nümayənədələri və bələdiyyə sədrlərinin iştirakı ilə geniş şəkildə onlayn müşavirələr keçirilmişdir. Onlayn müşavirə zamanı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ərazi nümayəndəliklərinin buraxdıqları nöqsanları vurğulayaraq onların bəzilərinə ciddi iradını bildirmişdir.
Masallı rayon İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində yoxlama işləri aparılmış və xüsusi karantin rejimi dövründə işlərində ciddi nöqsanlara yol vermiş 2 ərazi nümayəndəsi vəzifəsindən azad edilmiş, 4 ərazi nümayəndəsinə töhmət verilmiş, 2 ərazi nümayəndəsinin müavininin ixtisas dərəcəsi 1 pillə aşağı salınmış, 4 ərazi nümayəndəsinə isə xəbərdarlıq elan edilmişdir.
Rayon rəhbəri tərəfindən intizam tənbeh tədbirlərindən digər ərazi nümayəndəliklərinin və idarə, müəssisə rəhbərlərinin də düzgün nəticə çıxarmaları onlara ciddi tapşırılmış və bu işlərin nəzarətdə olduğu bildirilmişdir .