Çernobil qəzasının 28-ci ildönümü qeyd edildi
25 aprel 2014-cü il tarixdə Masallı “Olimp” ailəvi istirahət mərkəzində Çernobil qəzasının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcəUlu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə təzə tər gül dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə Çernobl Əlilləri İttifaqı İctimai Birliyinin masallı rayon şöbəsinin sədri nazim Rzayev açmış,Vətən uğrunda və Çernobil qəzasında, sonradan həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Rayon İcra Hakimiyyətinin sektor müdiri Seyfəddin Əliyev çıxış edərək ilk öncə rayon İcra hakimiyyəti başçısı Rafil Hüseynovun salamlarını çatdırmış və onlara uzun ömür can sağlığı arzuladığını qeyd etmişdir. Sonra natiq 1986-cı il aprel ayının 26-da Çernobldə baş vermiş qəzanın bəşəriyyət üçün faciəyə çevrildiyini, qəzanın aradan qaldırılması zamanı 7 mindən çox Azərbaycanlının bu işə cəlb edildiyini, ölkəmizdən və o cümlədən Masallıdan da olan vətəndaşların qəzanın aradan qaldırılmasında könüllü iştirak etməsini humanist addımı kimi dəyərləndirərək tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
S. Əliyev qeyd etmişdir ki, uzun illər burada iştirak edənlərin səhhətindəki problemlər gizli qalmışdır. Lakin Çernobil əlillərinə ilk olaraq qayğının 1993-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini, onlara sosial status - əlillik statusu verildiyini bildirmiş və Çernobil əlillərinə bu günkü qayğıdan geniş danışmışdır. Bildirmişdir ki, onlara mənzillər, maşınlar, prezident təqaüdləri təyin edilmişdir. Rayonumuzda da 7 nəfər Çernobil əlilinə mənzil verilmiş, 1 əlilə isə avtomobil verilmişdir. Çernobil əlilləri İttifaqı İctimai Birliyinin Masallı rayon şöbəsinin sədri Nazim Paşayev, Çernobil qəzasında iştirak edənlərdən Salam Qasımov, İslam Cəfərov, Fəzail Məmmədov və başqaları çıxış edərək həmin günləri xatırlamış, onlara yaradılmış şəraitə görə ölkə prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda Çernobil qəzası zamanı həlak olanların ruhuna dualar oxunmuş, tədbirdə iştirak edən Çernobil əlillərinə süfrə açılmış vəmaddi köməklik göstərilmişdir.
Yataq xəstəsi olan Çernobl əlili Mövləddin Ələmovun evinə baş çəkilmiş və maddi yardım göstərilmişdir.