Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyətinin başçısı onlayn müşavirə keçirdi

14 may 2020 | 16:00

14 may 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Fərmanı ilə bağlı onlayn-müşavirə keçirdi
Müşavirədə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri, bələdiyyə sədrləri və məktəb direktorları iştirak edib.
Onlayn-müşavirədə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinə baxılmasında səmərəliliyin, şəffaflığın artırılması, şikayətlərin operativ araşdırılması məqsədilə ölkə rəhbərinin imzaladığı Fərmana əsasən videoqəbullarda iştirak etmək istəyən hər bir vətəndaş üçün maksimum şəraitin yaradılmasından ötrü bütün rəhbər şəxslərin səy və bacarıqlarını əsirgəməmələrini tapşırıb.
Rayon icra hakimiyyətinin inzibati binasında videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlərin görüldüyünü, xüsusi ayrılmış otaqda müvafiq texniki imkanların yaradıldığını bəyan edən RİH başçısı bildirib ki, may ayının 18-dən etibarən Prezident Administrasiyasının müvafiq struktur bölmələri rəhbərlərinin videoqəbulları cədvəldə müəyyən edilmiş günlərdə və saatlarda olacaq.
Onlayn-müşavirəni yekunlaşdıran rayon rəhbəri vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində videoqəbulların təşkili qaydalarına daha ciddi və məsuliyyətli yanaşmanın vacibliyini bir daha iştirakçıların nəzərinə çatdırıb, tövsiyələrini verib.

Keçidlər