Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir
Qulam Şükürovdan, Masallı, Azərbaycan
14 may 2020 president.az
Çox hörmətli cənab Prezident.
Bir ziyalı kimi bildirmək istəyirəm ki, səmərəli tədbirlərlə koronavirus infeksiyasının geni yayılmasının qarşısını vaxtında aldığınız üçün Sizə minnətdaram. Hamı narahat idi, böyük çətinlik qarşısında qalmışdıq, nə edəcəyimizi bilmirdik. Amma Sizin çevik, yüksək təşkilatçılıq, müdrik siyasətiniz nəticəsində işlər vaxtında və operativ şəkildə yerinə yetirildi. Dünyanı ağuşuna almış koronavirus pandemiyasına qarşı mübarizədə çərçivəsində görülən ciddi tədbirlər və tətbiq edilmiş karantin rejimi bəhrəsini verməkdədir.
Hörmətli cənab Prezident, Sizin tapşırığınıza əsasən son illərdə ölkəmizdə çoxsaylı müasir klinikalar tikilmiş, xəstəxanalar təmir olunmuşdur ki, bu da vətəndaşların köməyinə çatdı. Ona görə hər yerdə hamı Sizə minnətdardır, hamı Sizə inanır və sabaha ümidlə baxır. Fəal vətəndaşlar Sizin tövsiyənizə əsasən yardımlar göstərdilər, xeyirxah işlər gördülər. Belə nəcib işlərə görə, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da minnətdar olmaq borcumuzdur. Belə çətin günlərdə hamı bir-birinə dayaqdır. Böyük Tanrı Sizə dayaq olsun.
Cənab Prezident, ölkənin lideri xalqının çətin günündə tanınır və tarixə düşür. Siz əsl tarix yaratmısınız. Çoxsaylı beynəlxalq uğurlarınız da tarixə düşür. Bu çətin günlər də müasir Azərbaycanın tarixinə düşdü. Şərəfli və məsuliyyətli işinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Şükürov Qulam Heybət oğlu, hüquq üzrə fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Masallı rayonu.