Masallıda “Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvətlik tərbiyəsi” mövzusunda dəyirmi masa
25 aprel 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvətlik tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
İlk əvvəl Ulu Öndərin ictimai fəaliyyətini əks etdirən “Tarixin Heydər Əliyev zirvəsi” adlı videoçarx nümayiş olunmuşdur.
Dəyirmi masanı giriş sözü ilə Masallı rayon gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu və Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: “Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib” Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində gənclərin potensialını həmişə yüksək qiymətləndirdiyini, Azərbaycan gənclərinə həmişə güvəndiyini və onlara böyük etimad göstərdiyini bir daha diqqətə çatdırmış, bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Dəyirmi masada Rayonun fəal fənclərindən Kəmalə Kərimova, Elvin Mirzəyev, Oktay Mütəllimov, Günay Mehrəliyeva, Ramil İsmayılov və başqaları çıxış edərək Xalqımızın, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin vətənpərvərliyə dair əməlini və nəzəri görüşlərini yüksək qiymətləndirdiklərini və onu minnətdarlıqla yad etdiklərini bildirdilər.