Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra hakimiyyəti başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi

15 may 2020 | 16:00

  15 may 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.

   Onlayn qəbulda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi.
   Onlayn qəbulu açan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqadar vətəndaş qəbullarının dayandırılması və vətəndaşları narahat edən məsələlərin dinləməsi üçün onlayn qaydada vətəndaşların qəbulunun təşkil edilməsini bildirdi.
Sonra rayon rəhbəri vətəndaşların onlayn qəbuluna başladı.
Qodman kənd sakini Səxavət Nəci oğlu Qasımov evinə gələn işıq xəttinin və sayqacının kəsildiyini bildirdi.
Vətəndaşın probleminə aydınlıq gətirildi.
Masallı şəhər sakini Pərvanə Azadxan qızı Əliyeva müraciətində ünvanlı social yardım ala bilməməsi ilə bağlı ona köməklik göstərilməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, o, işləyə də bilər. Vətəndaş bildirdi ki, o, fiziki işdə işləyə bilmir.
Məsələnin araşdırılması  vətəndaşa çatdırıldı.
Sonra Masallı şəhər sakini, ali təhsilli Sadiq Kamal oğlu Nuri işlə bağlı müraciət etdi. Rayon rəhbəri onu qəbul edəcəyini bildirdi.
Sonra Yeddioymaq sakini Azər Kitabəli olu Kərimovun 2 nömrəli Yeddoymaq kənd orta məktəbinin direktorunun guya qanunsuz əməlləri barədə şikayət etmişdir. Əslində belə deyil; kənd sakini həmin şikayətin onun tərəfindən edilmədiyini bildirdi.
Təklə sakini İbrahimxəlil Hilal oğlu Qasımov qızı Aynurun məktəbdə xadimə işlədiyini və karantin dövründə əmək haqqının kəsildiyini bildirdi.
Məsələyə aydınlıq gətirildi.
Sonra Sığdaş ərazisinin Xanalion kənd sakini Şadigar Ağaxan oğlu Babayev isə cari ildə iki hektar sahədə tütün və 600 ədəd tut tingini əkdiyini bildirdi. Lakin əkinlərin suvarılması üçün artezian quyusunun olmamasını qeyd etdi.
Məsələyə aydınlıq gətirildi.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək  onlayn qəbulda qaldırılan məsələləri nəzarətə götürdü.

Keçidlər