Tüklədə kümçülərin qayğıları artıb
18 may 2020 | 16:00
Tüklədə kümçülərin qayğıları artıb.Vüqar və Zamid Ağayev qardaşları 100 qram barama toxumunu təhvil alaraq uyğunlaşdırılmış otaqlarda becərirlər. Kənddə ötən payızda 500 ədəd Çindən gətirilmiş və 200 ədəd yerli növ tut ağacı əkilmişdir. «Yeni həyayt» qəzetinin redaksiyasına verilən məlumata görə ərazidəki yarım hektardan çox tut bağı bərpa edilib. Odur ki, kümçülər barama qurdlarını bol yemlə təmin edib, zootexniki qaydada becərə bilirlər.