Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilib

27 aprel 2014 | 15:00

Aprelin 26-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun Köhnə Alvadı kənindən olan Kamilli Ülvi Rasim oğlu ilə Masallı şəhər sakini Əliyeva Ləman Vaqif qızının nikah mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra Mərkəzdə yeni ailə quranların qohumlarının və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə nikah aktının imzalanması mərasimi olub.

Yeni ailə quran gənclər nikah mərasiminin müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildiriblər.

Bununla da evlənən cütlüklərin Heydər Əliyev Mərkəzində nikah mərasiminin keçirilməsi ənənəsinin bünövrəsi qoyulub.

Keçidlər