Masallı rayon İcra hakimiyyəti başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi
18 may 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.
Onlayn qəbulda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi.
Qəbulu açan rayon rəhbəri mövcud epidemioloji durumu nəzərə alıb vətəndaşların qəbulunun onlayn keçirilməsinin vacibliyini vurğuladı.
Sonra rayon rəhbəri vətəndaşların onlayn qəbuluna başlayıb.
Növbəti onlayn qəbul zamanı Miyankü kənd sakini Zamanova İlhamə Abid qızı, Masallı şəhər sakini Rəhimova Gülpəri Səməd qızı, Boradigah qəsəbə sakinləri Məcidov Cavid Cavad oğlunun, Səlimov Güloğlan Nəcəf oğlunun ərzaq yardımı və işlə təmin olunma, örüş torpağı, Yeddioymaq kənd sakini Əliyev Hüseyn İmran oğlunun vətəndaşdan xəbərsiz adına sığorta kartının açılması, Səmidxan kənd sakinləri Həşimova Vüsalə Rafail qızı, Həşimova Səbinə Elman qızı və Zərbiyeva Səadət Davud qızının, Qarğalıq kənd sakini Vəliyev Dəyanət Ağarza oğlunun işlə təmin olunması, Təzə Alvadı kənd sakini Heydərov Məmməd Mehti oğlunun şəxsi məsələ və s. ilə əlaqədar müraciətləri dinlənilib, icra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin yerindəcə həll edilməsi barədə göstəriş verilib, digər məsələlərin həlli yönümündə tapşırıqlar aidiyyatı qurum rəhbərlərinə çatdırılmaqla nəzarətə götürülüb.