Masallı rayonunda dövlət qurumları və könüllü təşkilatların könüllüləri əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Masallıda dövlət qurumları və könüllü təşkilatlarının könüllülərinin əlaqələndirilmiş fəaliyyəti genişləndirilmiş şəkildə davam etdirilir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə pandemiya dövründə də rayonumuzdakı dövlət qurumları və könüllü təşkilatlarının könüllülərindən İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Gənclər və İdman İdarəsinin rayon şöbəsinin, Gənclər Evi Sosial xidmət mərkəzinin, rayon Təhsil şöbəsinin Təhsilə İctimai Dəstək Qrupunun, Gənclərin İnkişafı və Karyera Mərkəzinin, Masallı Dövlət Regional Kollecinin könüllüləri əlaqələndirilmiş formada fəaliyyət göstərir. Pandemiya dövründə yuxarıda adları göstərilən dövlət qurumları və könüllü təşkilatlarından təxminən 50-ə yaxın könüllü aktiv şəkildə görülən tədbirlərdə iştirak etmişdir və hal-hazırda da onların fəaliyyəti davam edir.
Masallı könüllüləri yaşı 65-dən yuxarı olan tənhalara və yardıma ehtiyacı olan ahıllara zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərir, Heydər Əliyev Fondu tərəfindən və yerli xeyriyyəçilər tərəfindən imkansız şəxslərə verilən ərzaq yardımlarının çatdırılmasında, vətəndaşlara maska və spirt paylanılmasında, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlar arasında maarifləndirmə işinin aparılmasında, vətəndaşlara metodik vəsaitlərin paylanması və obyektlərə, küçələrə metodik vəsaitlərin yapışdırılmasında fəal iştirak etmişlər və hal-hazırda iştirak etməkdə davam edirlər.
Qeyd etmək istərdik ki, rayon İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin, Gənclər Evi Sosial xidmət mərkəzinin, Təhsilə İctimai Dəstək Qrupunun, Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri pandemiya dövründə rayonda həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər. Belə ki, adları qeyd olunan dövlət qurumları və digər təşkilatların könüllüləri Heydər Əliyev Fondu tərəfindən “Biz Birlikdə Güclüyük” devizi altında aztəminatlı ailələrə paylanılan 2000 ərzaq yardımının çatdırılmasında iştirak etmişdirlər.
Rayon İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının və Təhsilə İctimai Dəstək Qrupunun könüllüləri Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon təşkilatının sosial işçiləri ilə birgə 296 nəfər yaşı 65-dən yuxarı olan tənha şəxslərə və yardıma ehtiyacı olan ahıllara ərzaq yardımlarının paylanmasında, 110 nəfər yaşı 65-dən yuxarı olan tənha şəxslərə zəruri ehtiyaclarının qarşılanmasına, vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişdirlər.
Rayon Təhsil şöbəsinin Təhsilə İctimai Dəstək Qrupunun könüllü müəllimləri şagirdlərə virtual dərslərin keçirilməsində aktiv iştirak edərək könüllü dərs tədris edirlər.
5 may 2020-ci il tarixdən hal-hazıradək rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlar arasında çox fəal şəkildə maarifləndirmə işi aparılır. 20 mobil qrup tərəfindən “Karantin rejiminin yumuşaldılması, karantin rejiminin ləğv edilməsi demək deyil” devizi altında aparılan könüllü fəaliyyətdə vətəndaşların maarifləndirilməsi, onlara spirt və tibbi maska paylanılmasında dövlət qurumlarının işçiləri ilə yanaşı İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi, "Gənclər Evi" Sosial xidmət mərkəzi, Təhsilə İctimai Dəstək Qrupu və Gənclərin İnkişafı və Karyera Mərkəzindən ümumilikdə 30-dan çox könüllü iştirak edir.
Rayonumuzda fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri tərəfindən “Könüllü Qonşu” aksiyası çərçivəsində rayonumuzdakı küçə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
Ümumilikdə rayon gənclərinin, xüsusilə də könüllülərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına öz əməli işləri ilə cavab verərək pandemiya dövründə dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha nümayiş etdirmişlər.