Masallıda vətəndaşların onlayn qəbulu ənənə halını alıb
19 may 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Onlayn qəbulu açan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Möhtərəm Prezident İlham Əliyevin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsi məqsədi daşıyan sərəncam və tapşırıqlarının uğurla həyata keçirlməsi naminə (COVİD-19) pandemiyası ilə əlaqadar vətəndaşları narahat edən məsələlərin dinlənilməsi üçün onlayn qəbulların böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra rayon rəhbəri vətəndaşların onlayn qəbuluna başlayıb.
Qəbul zamanı Türkoba kənd sakini Ərəbova Gülbəniz İsmayıl qızının həyətyanı torpaq ala bilməməsi, Şərəfə kənd sakini Mehdiyev Aqil Əli oğlunun işlə təmin olunması, Güllütəpə kənd sakini Əsgərova Vüsalə Əli qızının ərzaq yardımı, Təklə kənd sakini, 16 uşaq anası Yusubova Nəfisə Ağaş qızının maddi durumu, Xıl kənd sakin Abdullayeva Leyla Abdulla qızının əlillik dərəcəsi ala bilməməsi, Sərçuvar kənd sakinləri Məmmədov Qeys Yolçu oğlu və Məmmədov Tahir İltifat oğlunun örüş torpağı və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.