Masallı rayon İcra Hakimiyyətinin təkzibi
Masallı rayon İcra hakimiyyəti bildirir ki, 18 may 2020-ci il tarixdə YouTube.com sosial şəbəkəsinin “kanal 32” kanalında “Masallının İcra Başçısı Şahin Məmmədovun Var Dövləti- Danışır Sənan Həsənoğlu.” başlıqlı yazısı ilə bağlı material böhtan xarakterlidir və videoda deyilənlərin heç biri öz əksini tapmamışdır.
Onu da qeyd etmək istəyirik ki, Ağcabədi rayonunda “Asfalt-Beton əməliyyatı” haqqında deyilənlər yalan və böhtandır. Su-kanalizasiya xəttini isə hər rayonda çəkən, inşa edən AzərSU ASC-dir. Su xətti isə Ağcabədi rayonunda ən yaxşı suyu olan Kəhrizli kəndinən çəkilib. Bununla bağlı adı həmin videoda hallanan tenderi Ağcabədi RİH keçirməyib; bu ağ yalandır. Şahin Məmmədovun Ağcbabədi rayonunda Qum-Çınqıl Karxanasının olması haqqında deyilənlər həqiqəti əks etdirmir.
Ağcabədi rayonuuna Ş.Məmmədov gələnə qədər burada şəhər və kənd əraziləri hansı vəziyyətdə idi və bu gün orada hansı səviyyəli quruculuq işləri görülüb, çoxlarına bəllidir.
Şahin Kərim oğlu Məmmədovun Gürcüstanda, Batumi şəhərində villası olması deyilənlər də açıq böhtandır. Çünki Ş. Məmmədov heç vaxt Gürcüstan ərazisinə keçməyib.
Videogörüntüdə adı hallanan Leyla Əsgərova Ş.Məmmədovdan qabaq icra hakimiyyətində işləyib. Ağcabədi icra hakimiyyətində işə qəbul edilənlərin 90 %-i gənclər olub və onlar başçı ilə şəxs əlaqələrinə görə yox, işgüzralığına və yüksək intellektinə görə irəli çəkilib.
Rayonda məktəblər tikiləndə də tenderlərdə kimlər qalib gəlibsə, iş onlara etibar olunub. Bu işdə başçı ilə qohumluq və yaxınlıq əlaqəsi yoxdur.
Onu da bildiririk ki, videoda çıxışları yer almış bələdiyyə üzvü Çərkəz Ağayevin ehtiyacı nəzərə alınaraq 2 il onun oğlunun təhsil haqqının ödənilməsinə dəstək olunub.
Habelə onu ağcabədililər 3-5 manata ərizə yazan kimi tanıyırlar. Videoda aparıcılıq edən Sənan Həsənoğlu “20 Yanvar” və Ulu Öndərə həsr olunmuş tədbirlər də belə pul almamış çəkilişlər aparmayıb.
Verilən torpaqlar ərzaq qıtlığının aradan qaldırılması üçün Qarabağ taxıla ehtiyac üçün verilib və “Aqroparka” və “Azərşəkər”ə notariat qaydada, rayon əhalisinin razılığı əsasında konpensasiya ödəməklə həyata keçirilib.