Şriftin ölçüsü :

Saytın rəngi :

BANBAŞI KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ

02 oktyabr 2012 | 15:00

Masallı Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu 29.09.2012-ci il tarixdə Banbaşı ərazisində keçirilmişdir. Ərazinin 7151 nəfər əhalisi və 1041 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 4 tam orta məktəb, 1 həkim-ambulator məntəqəsi, 1 kitabxana və 1 mədəniyyət evi fəaliyyət göstərir. Banbaşı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov açaraq sakinləri salamlamış, Banbaşı ərazisində xeyli işlərin görüldüyünü, qarşıda görüləsi işlərin olduğunu vurğulamış, vətəndaşlardan onları narahat edən məsələlər barədə və ərazinin inkişafı ilə bağlı təkliflər vermələrini bildirmişdir.Kənd ziyalılarından Rəyasət İbrahimov, Ələsgər Alışov, ağsaqqallardan Abdulhüseyn Əmənov, Məmmədhüseyn Məmmədov, kənd sakinlərindən Əzim Əzimov, Vaqif Bayramov və başqaları çıxış edərək Kosakül kənd orta məktəbin tikintisinin başlanılmasına, Böyük Xocavar və Banbaşı kəndlərində 1800 metr qaz xəttinin təzələnməsinə, Böyük Xocavar və Binə Xocavar kəndlərində 8 km yola çınqılın döşənməsinə, ərazidə 28 ədəd yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, Böyük Xocavar kəndində 250 metr yola asfaltın döşənməsinə, Kösakül kəndinə gecə işıqlarının çəkilməsinə, Ərazidən keçən su aparıcı arxların təmizlənməsinə və ərazidə istirahət parkının tikintisinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonra sakinlər Böyük Xocavar və Binə Xocavar kəndlərini birləşdirən yolun əsaslı təmir olunmasına, ərazidə kəndara yolların cari təmir eilməsinə, yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, istirahət mərkəzinin tikintisinin başa çatdırılmasına və köhnəlmiş qaz xətlərinin yeni qaz xətləri ilə əvəz edilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər