Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının V konfransı

27 aprel 2014 | 15:00

26 aprel 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının V  Konfransı keçirilmişdir.Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzmüşlər.

Sonra Konfrans Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının akt zalında davam etdirilmişdir.

Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, ulu öndər Heydər Əliyevin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilmişdir.

Konfransı Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Aslanova açmış, hesabat məruzəsi ilə çıxış edərək, YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının fəaliyyəti haqda məlumat vermişdir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Qadınlar Şurası öz sıralarını möhkəmlədirilməklə rayonun ictimai-siyasi həyatında  fəal iştirak etmiş və hal-hazırda onların sayı 2652 nəfərə çatmışdır. Bu göstərici tərkibi 9461 nəfərdən ibarət olan ümumi üzvlərin 28 faizini təşkil edir. Təkcə 2013-ci ildə  ərazi ilk partiya təşkilatlarından 203 qadın ərizə ilə müraicət edərək Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuşlar. 2014-cü ilin ilk 3 ayında partiya sıralarına 84 qadın daxil olmuş və onlarında 37 nəfərini gənc qadınlar təşkil etmişdir.Partiyada gənc qadınların sayı 738 nəfərdir və buda  ümumi qadın üzvlərin 27.8 faizini təşkil edir.

Təhsilinə görə qadınların 661 nəfəri ali, 796 orta ixtisas və 1195 nəfəri orta təhsillidir.

Sonra Göyçək Ələsgərova, Əntiqə Tağıyeva və başqaları çıxış edərək, son illər ölkəmizdə aparılan quruculuq işlərindən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan partiyasının sədr müavini Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıblar.

Müzakirələrdən sonra gündəlikdə duran təşkilati məsələyə baxıldı. YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının 25 nəfərdən ibarət yeni tərkibi və Gülşən Seyfulla qızı Xəlilova YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının yeni sədri seçilmişdir.

Konfransda iştirak edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev yeni seçilmiş tərkibə işlərində müvəffəqiyyətlər arzu etmişdir.

Tədbirdə həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Keçidlər