YEMLƏMƏ DÖVRÜ BOL TUT YARPAĞI İLƏ TƏMİN OLUNUR
20 may 2020 | 16:00
Şərəfə kəndində barama mövsümü uğurla davam edir. Ərazi nümayəndəliyi və kənd bələdiyyəsinin səyi ilə barama qurdları yemləmə dövründə bol və keyfiyyətli tut yarpağı ilə təmin olunur. «Yeni həyat» qəzeti əməkdaşının ərazi nümayəndəsinin müavini Elşən Ağababayevdən aldığı məlumata görə barama qurdlarının yem bazası şəxsi həyətlərdəki tut ağaclarının hesabına ödənilir.
5 qutu barama toxumu qəbul edən kümçülər keçən ilkindən çox məhsul istehsal etməyə çalışırlar.