Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir
Xanməd Həşimovdan, Masallı, Azərbaycan
20 may 2020 president.az
Əziz Prezidentimiz.
Dünyanı cənginə almış koronavirus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza görə Sizə minnətdarıq. Baxmayaraq ki, bir çox böyük və güclü ölkələr ağır vaxtda xalqının sağlamlığından çox dövlətinin iqtisadiyyatını fikirləşdilər, Siz Vətənin mənafeyini, xalqın sağlamlığını əsas tutdunuz, bizi bu bəladan qorudunuz. Hər çıxışınızdan, müraciətinizdən, atdığınız hər addımınızdan güc-qüvvət aldıq. Sizin sayənizdə dünya Azərbaycan Respublikasının gücünün bir daha şahidi oldu.
Cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, Azərbaycanı çiçəkləndirir, inkişaf etdirir və zənginləşdirirsiniz. Əhalinin rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində gözəl və rahat yollar, fasiləsiz işıq və qaz, təmiz içməli su, təzə və təmirli məktəblər, sosial infrastruktur obyektləri və xalqa saymaqla bitməyən digər xidmət nümunələri vardır.
Hər zaman bizim qayğımıza qaldığınıza görə Sizə və ailənizə sonsuz hörmətimi və təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və Vətənimizi qorusun.
Hörmətlə,
Həşimov Xanməd Bayraməli oğlu
Azərbaycan Respublikası, Masallı şəhəri.