Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra hakimiyyəti başçısının bayram təbriki

24 may 2020 | 16:00

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Müqəddəs Ramazan Bayramı münasibəti ilə Masallı sakinlərini təbrik edib.

Təbriki təqdim edirik!

Əziz Masallı sakinləri!
Sizləri xalqımızın milli mənəvi dəyərlərini özündə əks etdirən Müqaəddəs Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Allahdan tutduğunuz oruc, qıldığınız namaz və etdiyiniz dualarınızın Allah dərgahında qəbul olunmasını diləyirəm. Ölkəmizin daha da güclənməsi, Ali Baş Komandan rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi və müstəqilliyimizin əbədi qalması üçün mən də öz növbəmdə sizlərin hər birinizin dualarına qatılıram.⠀
Cənab Prezidentin ölkəmizdə aparılan çox şaxəli və müdrik siyasəti nəticəsində Azərbaycan dünyanı cənginə alan koronavirus pandemiyasından ən az itki və zərərlə çıxan ölkələr sırasında oldu. Bu bir daha bizim vətəndaş-dövlət həmrəyliyinin hansı səviyyədə olmasından xəbər verdi. Bütün bu çətinliklərə baxmayaraq xalqımız nikbin ruhdadır və bu il də müqəddəs Ramazan bayramını əvvəlki illərdə olduğu kimi xoş əhval ruhiyyə ilə qeyd edir.

Əziz Masallılar!
Məlumat üçün qeyd etmək istəyirəm ki, pandemiya dövründə Masallı rayonunda aparılan maarifləndirmə və sosial aksiyaların nəticəsi olaraq rayonumuzda mövcu epidemiyaya yoluxanların sayı digər rayonlara nibətdə az olmuşdur. Son günlər isə rayonumuzda koronavirus pandemiyasına yoluxma halları müşahidə olunur. Bununla əlaqədar olaraq sizlərə bayram günlərində karantin rejiminə ciddi əməl etməyinizi, yaxın və qohum evləriniə qonaq getməməyinizi, sosial məsafə saxlamağınızı, tibbi və profilaktik qaydalara əməl etməyinizi və ciddi zərurət yaranmadıqda yaşayış yerlərinizi tərk etməməyinizi tövsiyyə edirik.

RAMAZAN BAYRAMINIZ MÜBARƏK OLSUN!

Keçidlər