Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda İcra hakimiyyəti başçısının məhsul yığan əməkçilərlə görüşü

28 may 2020 | 16:00

28 may 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb.

Əməkçilər kartof və çiyələk yığımı zamanı koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına tam riayət edirlər.
Rayon rəhbəri 28 May Respublika Günü münasibətilə zəhmətkeşləri təbrik edib, bol məhsul yığımında onlara uğurlar və firavan həyat arzulamışdır.
Kənddə yerləşən bir çox tarlalara baş çəkən İcra hakimiyyətinin başçısı məhsul yiğan  əməkçilərlə görüşmüş və onlara koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə etmişdir.
Təzə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov cari ildə 204 hektar sahədə kartof və 78 hektar sahədə çiyələk əkilib-becərilməsi barədə məlumat vermişdir.
Görüşdə fermerlər Xəlil Şükürov, Cəsarət Əzizov, manqabaşçıları Gülqədəm Mustafayeva və Südabə Cavadova rayon rəhbərinin sahələrə gəlməsi, zəhmətkeşlərlə görşməsini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildirdilər və eyni zamanda əkinçilərə göstərdiyi diqqət və qayğıya görə Ölkə başçısına təşəkkürlərini çatdırmaqlarını xahiş etdilər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov söhbət əsnasında  zəhmətkeşlərə  bol məhsul yığmağı arzu edərək hər birinə xoş arzularını bildirdi.

Keçidlər