Masallı rayon İcra hakimiyyəti başçısının Əmri
08 iyun 2020 | 16:00
Vakant olan Masallı rayon İcra hakimiyyəti başçısının Ərkivan qəsəbə, Xırmandalı, Mahmudavar və Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayənəliklərinə yeni nümayəndələr təyin olunub.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun 08 iyun 2020-ci il tarixli müvafiq əmrləri ilə Sabiq Sami oğlu Cahangirov Ərkivan qəsəbə, Məhəmməd Ramil oğlu Yusifov Xirmandalı, Rövşən Museyib oğlu Qurbanov Mahmudavar və Vüqar Heybət oğlu Şükürov Yeddioymaq kəndlərinə rayon İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyi vəzifələrinə təyin olunmuşlar.
Yeni təyin olunmuş inibati ərazi dairəsi üzrə nümayəndələrə fəaliyyətlərində uğurlar arzulayırıq.