Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində yeni məzarlıq üçün torpaq sahəsinin ayrılması qərara alındı

09 iyun 2020 | 16:00

 05 iyun 2020-ci il tarixdə Masallı şəhər bələdiyyəsinin iclası zamanı 11 nömrəli prtokola əsasən Masallı şəhər ərazisində yeni məzarlıq salınması ilə bağlı qərar qəbul edilmişdir.

02 iyun 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının onlayn qəbulunda bir qrup Masallı şəhər sakinin məzarlıq üçün yerin ayrılması ilə əlaqədar müraciətilərinə  rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən baxılmış və aidiyyatı üzrə Masallı şəhər bələdiyyəsinə məzarlıq üçün torpaq sahəsinin ayrılması ilə bağlı tapşırıq verilmişdir.

Tapşırığa əsasən Masallı şəhər bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilmiş və Masallı bələdiyyəsinin mülkiyyətinə aid olan, Masallı şəhərinin İsgəndərli ərazisində bələdiyyənin ehtiyyat fond torpaqlarından Masallı şəhər sakinləri üçün 5 ha sahədə yeni qəbiristanlığın salınması məqsədi üçün torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir.

Keçidlər