Masallıda taxıl biçini başlandı
Taxıl Masallıda ən çox yetişdirilən ərzaq bitkisidir. Bu ənənəvi sahəyə kənd təsərrüfatında başlıca diqqət və maraq var. Təsadüfi deyil ki, hər il rayonda şumlanmış 18 min hektardan çox sahənin 13 min hektar sahəsində taxıl əkilir.
Cari ildə də kombaynçılar 6 min 878 hektar sahədə buğda, 2 min 770 hektar sahədə arpa, 2 min 680 hektar sahədə vələmir biçəcəklər.
Bir neçə gündür ki, kombaynçılar taxıl sahələrində biçinə başlamışlar. Masallı DAİM-dən həftəlik «Yeni həyat» qəzetinin redaksiyasına verilən məlumata görə bu mühüm kompaniyada “Aqrolizinq”in və şəxsi təsərrüfatların 24 kombaynı iştirak edir. Kombaynçılar məhsulu tez və itkisiz biçməyə çalışırlar. Yeddioymaq, Ərkivan, Qarğalıq, Xırmandalı, Həsənli, Viləş, Qızılağac ərazilərində arpa biçini sürətlə davam edir. Mövsüm başlanandan 640 hektardan çox sahədə arpa biçilib.