Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Polis Şöbəsinin binası istifadəyə verilib

30 aprel 2014 | 15:00

29 aprel 2014-cü il tarixdə Masallı Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilmişdir. İnzibati binanın tikintisinə ötən il başlanılmış, 3 mərtəbədən ibarətdir. 

Sonra mərasim iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Yerinə baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, daxili işlər orqanlarına xüsusi diqqət və qayğını əks etdirən fotostendlərə baxıblar. Mərasimdə çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, Masallı RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluqlarını ifadə etmişlər.

Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak ediblər

Keçidlər