Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda barama qəbulu başlandı

11 iyun 2020 | 16:00

Masallı kümçüləri bir aylıq qayğıdan sonra barama təhvilinə başlamışlar.

İyunun 10-da şəhərdəki köhnə baytarlıq idarəsi deyilən bunanın qarşısında böyük əmək qələbəliyi vardı. Rayonun ayrı-ayrı ərazilərindən gətirilən məhsul burada Şəki “Azəripək” Şirkəti və Masallı DAİM-in mütəxəssisləri tərəfindən bir daha yoxlanılıb təhvil götürülürdü. İlk məhsul Mahmudavar  ərazisindən 37 kiloqram məhsul gətirilib təhvil verildi. Sığdaş ərazisi 59 kiloqram məhsul təhvil verib.

Güllütəpə, Musaküçə, Yeddioymaq və Şıxlar ərazilərindən də gətirilən məhsul razılıqla qəbul olunur. Masallı kümçüləri Şəkidəki  “Azəripək” Şirkətinə 1137 kiloqram barama təhvil vermişlər. Hazırda kümçülərdən barama tədarükü işləri davam etdirilir.

Keçidlər