Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

12 iyun 2020 | 16:00

11 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 11 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Avtovağzal, Mərkəzi Poçt, rayon Məşğulluq Mərkəzi, Cənub Regional Layihə-Smeta və Tikinti MMC, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 11 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 qəsəbədə 1 fərdi yaşayış evi, 1 ərazidə kənd ərazi nümayəndəliyi, Poçt, Elektron Avtomat Telefon Stansiyası (EATS), 1 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 175 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Masallı rayonu ərazisində 11 434 nəfərə 190 manat vəsait verilmişdir. Habelə  2850 nəfərə 2-ci dəfə 190 manat almaqdan ötrü kart verilmişdir.
4. İşsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə (2 ay müddətinə) rayona 474 nəfər üçün ayrılmış iş yerlərinə 370 nəfərlə DOST iş mərkəzi tərəfindən müqavilə bağlanaraq işlə təmin olunmuşlar. 164 nəfər sistem tərəfindən işi və qazancı olmayan kimi təsdiq edilmişdir. Vətəndaşlarla müqavilə bağlanmaqdan ötrü iş davam etdirilir.
5. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 11 iyun 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 1054 nəfərlə maarifləndirici söhbət aparılmışdır (ümumilikdə 78 641). Təbliğat işləri davam etdirilir.
6. 11 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 72 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 6152 nəfərdən yaxma götürülmüşdür.
7. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 11 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 2 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 45 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.

Keçidlər