Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda taxıl biçini barədə məlumat

12 iyun 2020 | 16:00

Ölkə iqtisadiyyatının şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi aqrar sektorun inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsinə, regionların simasının əsaslı surətdə dəyişməsinə və kənd əhalisinin güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşmasına böyük töhfələr verir. Masallı rayonu da kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində zəngin təcrübəyə malikdir. Masallıda mövsümü olaraq müxtəlif ərzaq məhsullarının tədarükü həyata keçirilir. Rayon ərazisində hal-hazırda bir çox sahələr kimi mövsümü olaraq taxıl biçini işlərinə də başlanılmışdır.

Belə ki, Masallı rayonu üzrə ümumilikdə 9648 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunlardan 6878 hektarı buğda və 2770 hektarı isə arpa sahəsi olmuşdur.

12 iyun 2020-ci il tarixədək Masallı rayonu üzrə ümumilikdə 1613 hektar sahədə taxıl  biçilmişdir ki, bunların 35 hektarını buğda, 1578 hektarını isə arpa biçini təşkil edir.
  Hal-hazırda taxıl biçini işləri davm etdirlir.

Keçidlər