Şriftin ölçüsü :

Saytın rəngi :

MİNİ-FUTBOL TURNİRİ

03 may 2014 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən keçirilən mini-futbol turnirinə yekun vurulmuşdur.

Ərazi ilk partiya təşkilatları arasında keçirilən turnirin final görüşündə “ƏSMM” və  “Bədirli” komandaları qarşılaşmışlar.

Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında “ƏSMM” komandası “Bədirli” komandasını 6-4 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdur.

Komandalarnın mükafatlandırılmasında YAP Masallı Rayon təşkilatının Sədri Seyfəddin Əliyev iştirak etmişdir.

YAP Masallı rayon təşkilatının Sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçışı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətindən ətraflı məlumat verdi və turnirin qalibi olmuş “ƏSMM” komandasını təbrik etdi.

Sonda turnirin final mərhələsində qarşılaşmış komandalar YAP Masallı Rayon təşkilatının Fəxri Fərman və qiymətli hədiyyələr  ilə təltif olunmuşlar.

Keçidlər