Masallıda çəltik əkininə maraq çoxalır
13 iyun 2020 | 16:00
Masallı fermerləri bu il 250 hektar sahədə cəltik yetişdirməyi vəd edirlər. Bu gözəl bitki Masallının ən gözəl sərvətidir. Rayon üzrə əkinçilərimiz 198 hektarda bu bitkinin əkinini başa catdırmışlar.
Xıl kəndinin ərazi icra nümayəndəliyində həftəlik «Yeni həyat» qəzetinin əməkdaşına bildirmişlər ki, fermerlər cəltik əkinində irəlidə gedilər. Yerli fermerlər 46 hektar sahədə cəltik əkiblər.
Boradigah əməkçiləri 32, Qızılağac 31, Tüklə ərazisində 15 hektarda əkin başa catdırılıb. Hazırda əkin ücün yeni sahələr hazırlanır, cücərən ləklər normaya uyğun suvarılır.