Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
13 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
1. 13 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Avtovağzal, Mərkəzi Poçt, rayon Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 11 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, Masallı şəhər ərazisində yerləşən 42 zibil konteyneri, 2 ərazidə 24 fərdi yaşayış evi və 8 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 175 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Masallı rayonu ərazisində 11 434 nəfərə 190 manat vəsait verilmişdir. Habelə 2854 nəfərə 2-ci dəfə 190 manat almaqdan ötrü kart verilmişdir.
4. İşsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə (2 ay müddətinə) rayona 474 nəfər üçün ayrılmış iş yerlərinə 370 nəfərlə DOST iş mərkəzi tərəfindən müqavilə bağlanaraq işlə təmin olunmuşlar. 164 nəfər sistem tərəfindən işi və qazancı olmayan kimi təsdiq edilmişdir. Vətəndaşlarla müqavilə bağlanmaqdan ötrü iş davam etdirilir.
5. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 13 iyun 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 1488 nəfərlə maarifləndirici söhbət aparılmışdır (ümumilikdə 81 897). Təbliğat işləri davam etdirilir.
6. 13 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 92 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 6302 nəfərdən yaxma götürülmüşdür.
7. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 13 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 1 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 48 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.